“Barselona” klubunun baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalamağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, “Diario Sport” nəşrinin məlumatına görə, kataloniyalılar La Liqada çempionluğu rəsmiləşdirəcəyi təqdirdə, almaniyalı mütəxəssislə 2028-ci ilə qədər yeni müqavilə bağlayacaqlar.
Hazırda mövsümün bitməsinə 7 tur qalmış “Barselona” turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real Madrid” üzərində 9 xallıq üstünlüyə malikdir.
İddia olunur ki, klub Flikə iki illik müqavilə və əlavə bir il uzatma opsiyası təklif etmək niyyətindədir. Məşqçi artıq “Barselona”nın karyerasında son klub olacağını da açıqlayıb.
