“Kəpəz” futbol klubu Mate Abuladze ilə danışıqlara başlayacaq

17 Aprel 2026 12:22
208
“Kəpəz” futbol klubu Mate Abuladze ilə danışıqlara başlayacaq

“Kəpəz”in gürcüstanlı futbolçu Mate Abuladze ilə bağlı qərarı bəlli olub.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi Azər Bağırov növbəti mövsümdə də komandada qalacağı təqdirdə 25 yaşlı müdafiəçini sərəncamında görmək istəyir.

Mütəxəssis oyunçunun komandaya real fayda verdiyini düşünür və onunla yola davam edilməsinin tərəfdarıdır.

Yanvarda “sarı-göylər”ə qoşulan Abuladze mövsümün sonunadək müqavilə imzalayıb. O, komandaya qoşulduğu vaxtdan etibarən bütün matçlara start heyətində başlayıb və qarşılaşmaları əvəzlənmədən başa vurub. Bu isə məşqçilər korpusunun ona olan etimadının göstəricisi kimi qiymətləndirilir.

Tezliklə “Kəpəz” və futbolçu arasında danışıqlar başlayacaq.

Qeyd edək ki, müdafiəçi mövsümün ilk yarısında Gürcüstanın “Samqurali” klubunun formasını geyinib.

İdman.Biz