“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasında İngiltərəni tək təmsil etməsinin səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis sıx oyun təqviminin əsas faktor olduğunu vurğulayıb.
“Bizim bu turnirdə yeganə ingilis komandası olmağımızın bir səbəbi var. Bu oyun qrafiki inanılmaz dərəcədə yorucudur! Biz ideal deyilik, inkişaf etməliyik, bu dəqiqdir. Amma gəlin futbolçuların gördüyü işi də qiymətləndirək”, - deyə Arteta bildirib.
Qeyd edək ki, “Arsenal” finala vəsiqə uğrunda “Atletiko” Madrid ilə qarşılaşacaq. İlk oyun aprelin 29-da Madriddə, cavab görüşü isə mayın 5-də Londonda keçiriləcək.
Turnirin finalı mayın 30-da Budapeştdə yerləşən “Puskas Arena” stadionunda baş tutacaq.
