Arda Turan: “Komandam taktiki cəhətdən çox yaxşı çıxış etdi”

17 Aprel 2026 11:24
181
Arda Turan: “Komandam taktiki cəhətdən çox yaxşı çıxış etdi”

"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Arda Turan komandasının Konfrans Liqasının 1/4 finalında “AZ Alkmaar” üzərində qazandığı uğuru şərh edib.

İdman.Biz xəbər verir ki, o, 2:2 hesabı ilə başa çatan(ilk oyun 3:0) qarşılaşmalardan sonra fikirlərini bölüşüb.

“AZ Alkmaar”a böyük hörmətim var. Bu, bizim üçün emosional oyun idi. Hesab edirəm ki, komandam taktiki baxımdan çox yaxşı çıxış etdi. Belə rəqibə qarşı oynamaq asan deyil, çünki onlar çox yaxşı pressinq tətbiq edirlər”, - deyə Turan bildirib.

Qeyd edək ki, “Şaxtyor” yarımfinalda “Kristal Pelas”la üz-üzə gələcək. Komandalar arasında ilk oyun aprelin 30-da, cavab qarşılaşması isə mayın 7-də keçiriləcək.

Turnirin finalı isə Almaniyanın “Red Bull Arena” stadionunda baş tutacaq. Həlledici görüş mayın 27-nə planlaşdırılıb.

İdman.Biz
Məqalədə: