Mbappe “Real Madrid”in məğlubiyyəti haqqında yazdı

17 Aprel 2026 11:38
173
Mbappe “Real Madrid”in məğlubiyyəti haqqında yazdı

“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasından kənarlaşmaları ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, madridlilər 1/4 final mərhələsində Münhen “Bavariya”sı ilə iki oyunun cəminə görə 4:6 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Fransalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək komandanın sona qədər mübarizə apardığını vurğulayıb:

“Biz sona qədər çalışdıq, amma bu kifayət etmədi. Belə vacib turnirdən kənarda qalmaq üzücüdür, lakin irəli baxmaq lazımdır. Gələcəkdə bu cür məyusluğun təkrarlanmaması üçün öz üzərimizdə ciddi düşünməliyik. Biz heç vaxt təslim olmayacağıq! “Real”da uğursuzluq heç vaxt seçim olmayıb. Amma sizə bir söz verirəm: biz yenidən qalib gəlməyə başlayacağıq və bu, çox tez baş verəcək”.

İdman.Biz