İspaniyanın “Barselona” futbol klubunun idman direktoru Deku “Bayer”in müdafiəçisi Alexandro Qrimaldonu əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib. Kataloniya təmsilçisi 30 yaşlı futbolçunu sol cinahda Aleks Balde ilə rəqabət aparacaq ən ideal namizəd hesab edir.
İdman.Biz jurnalist Ekrem Konura istinadla xəbər verir ki, “Bayer” ilkin olaraq oyunçu üçün 30-35 milyon avro (60-709 milyon AZN) tələb etsə də, bu məbləğin 25 milyon avroya (50 milyon AZN) qədər düşəcəyi gözlənilir. Buna səbəb Qrimaldonun doğma klubuna qayıtmaq istəyi və Almaniya klubu ilə müqaviləsinin 2027-ci ilin yayında başa çatmasıdır.
Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Qrimaldo cari mövsümdə keçirdiyi 40 matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
