“Misli” və Peşəkar Futbol Liqasının (PFL) birgə layihəsi olan “Ayın qolu” sorğusunun qalibi müəyyənləşib.
İdman.Biz PFL-in rəsmi məlumatına istinadla xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifi olan Eren Aydın mükafatına qovuşub.
“Zirə” klubunun futbolçusuna mükafat Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Zirə” - “Neftçi” qarşılaşmasının fasiləsində təqdim olunub. Mükafatı gənc oyunçuya PFL-in texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
