“Çelsi”dən Moyses Kaysedoya rekord müqavilə təklifi

16 Aprel 2026 22:28
177
“Çelsi”dən Moyses Kaysedoya rekord müqavilə təklifi

İngiltərənin “Çelsi” komandasının ulduz futbolçusu Moyses Kaysedo ilə uzunmüddətli yeni müqavilə imzalamağa hazırlaşır.

İdman.Biz tanınmış insayder Sesar Luis Merloya istinadla xəbər verir ki, London klubu ekvadorlu yarımmüdafiəçini 2033-cü ilin yayına qədər komandada saxlamaq barədə qərar verib.

24 yaşlı oyunçu artıq yeni müqavilənin şərtlərini qəbul edib. Hazırda tərəflər arasında danışıqlar yekun mərhələdədir. Cari müqaviləsi 2031-ci ilə qədər qüvvədə olsa da, “zadəganlar” gənc istedadın göstəricilərindən razı qaldığı üçün onunla daha uzunmüddətli əməkdaşlıq etməyə qərar veriblər.

Qeyd edək ki, Kaysedo 2023-cü ilin yayında “Brayton”dan rekord məbləğə - 115 milyon funt sterlinqə (təxminən 263 milyon AZN) transfer olunmuşdu. O, qısa müddət ərzində London klubunun orta xəttinin əvəzolunmaz simasına çevrilməyi bacarıb.

İdman.Biz