Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub.
İdman.Biz bildirir ki, Ukrayna millisi dörddəbir final matçında Gürcüstanı məğlub edib – 4:0.
İkinci dörddəbir final oyununda Macarıstan və Bolqarıstan yığmaları qarşılaşıblar. Bu oyun da 4:0 hesabı ilə bitib. Macarıstan yarımfinala adlayıb və burada Ukrayna ilə oynayacaq.
Digər dörddəbir final matçlarında isə Rumıniya Serbiya, Azərbaycan isə Çexiya ilə qarşılaşacaqlar.
