“Barselona” UEFA-ya rəsmi şikayət ünvanladı

16 Aprel 2026 20:57
182
“Barselona” UEFA-ya rəsmi şikayət ünvanladı

İspaniyanın “Barselona” futbol klubu Çempionlar Liqasının 1/4 final mərhələsində Madrid “Atletiko”suna qarşı keçirilən hər iki oyundakı hakimliklə bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi qarşılaşmalar zamanı oyun qaydalarına uyğun gəlməyən bir neçə qərarın verildiyini hesab edir. Klubun iddiasına görə, hakimlər reqlamenti düzgün tətbiq etməyib və xüsusilə həlledici epizodlarda VAR sisteminin müdaxiləsi yetərsiz olub.

“Barselona” rəhbərliyi bu səhvlərin məcmusunun oyunların gedişatına və ümumi nəticəyə birbaşa təsir göstərdiyini, nəticədə kluba ciddi idman və maliyyə ziyanı dəydiyini bəyan edib. Şikayət məktubunda həmçinin UEFA-ya daha əvvəl göndərilən tələblər təkrar xatırladılıb.

Klub hakimlik sisteminin təkmilləşdirilməsi, oyun qaydalarının daha ciddi, ədalətli və şəffaf şəkildə şərh olunmasını təmin etmək üçün təşkilatla əməkdaşlığa hazır olduğunu ifadə edib.

İdman.Biz