Hazırda Turin təmsilçisi “Yuventus”da çıxış edən İtaliyalı müdafiəçi Andrea Kambyaso karyerasını İtaliyada davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, “La Gazzetta dello Sport” nəşrinin jurnalistlərinin məlumatına görə, 26 yaşlı oyunçunun transferində Londonun “Arsenal” klubu maraqlıdır.
“Topçular” yay transfer pəncərəsində təcrübəli futbolçunu heyətinə qatmaq üçün cəhd edə bilər. Kambyasonun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.
Cari mövsümdə Andrea “Qoca sinyora”nın heyətində 30 oyunda iştirak edib. Müdafiəçi bu qarşılaşmalarda 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
