Azərbaycan - Macarıstan matçının hakimləri müəyyənləşdi

3 İyun 2026 10:58
107
Azərbaycan - Macarıstan matçının hakimləri müəyyənləşdi

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının üçüncü qrupunda baş tutacaq Azərbaycan - Macarıstan oyununa hakim təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Vanya Yankoviçə Staşa Şpur, Helena Buh yardım edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.

İdman.Biz