Qarnaço Ronaldu ilə eyni komandada oynaya bilər

3 İyun 2026 10:38
82
Qarnaço Ronaldu ilə eyni komandada oynaya bilər

İngiltərənin “Çelsi” klubunun futbolçusu Alexandro Qarnaço karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, “Ən-Nəsr” argentinalı cinah oyunçusunu heyətinə qatmaqda maraqlıdır.

Məlumata görə, Səudiyyə Ərəbistanı klubu futbolçunun satışı ilə bağlı “Çelsi”dən müsbət siqnal alacağı təqdirdə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Qarnaço transferin baş tutacağı halda komanda yoldaşı olaraq Kriştianu Ronaldu ilə eyni formada çıxış edəcək.

İdman.Biz
Məqalədə: