Almaniya millisi dünya çempionatına mülki sərnişinlərlə birlikdə uçub - VİDEO

3 İyun 2026 09:39
85
Almaniya millisi dünya çempionatına mülki sərnişinlərlə birlikdə uçub - VİDEO

Futbol üzrə Almaniya millisi 2026-cı il Dünya Çempionatına yollanarkən qeyri-adi seçim edib.

İdman.Biz xəbər verir ki, Bundestim turnirin keçiriləcəyi ABŞ-yə çarter reysi ilə deyil, adi sərnişin təyyarəsi ilə yola düşüb.

Milli komanda Çikaqoya təxminən 9 saat davam edən uçuş həyata keçirib. Təyyarədə Almaniya yığması ilə yanaşı, daha 300-ə yaxın mülki sərnişin də olub.

Məlumata görə, uçuşdan əvvəl qapıda gözləyən bəxtəvər azarkeşlərə Almaniya millisinin formaları hədiyyə edilib.

İdman.Biz
Məqalədə: