İspaniyanın “Sevilya” futbol klubunun baş məşqçisi postundan uzaqlaşdırılan Matias Almeyda klubunun rəhbərliyi barədə kəskin fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, onun fikirlərini “Marca” nəşri dərc edib.
"Mənə işdən çıxarıldığımı deməzdən bir gün əvvəl bildirdilər ki, mövsümün sonuna qədər mənə inanırlar. Bu, xəyanətdir və məni incidir, bu, çox ikiüzlü davranışdır. Bu insanlar bir daha mənə müraciət edə bilməyəcəklər", – deyə Almeyda vurğulayıb.
Qeyd edək ki, “Sevilya” İspaniya La Liqasında turnir cədvəlində təhlükəli - 16-cı pillədə qərarlaşıb və hesabında 34 xal var.
