Xristo Stoiçkov: “İndi oyunçular emblemi öpür, iki gündən sonra isə gedirlər”

13 Aprel 2026 07:05
255
Xristo Stoiçkov: “İndi oyunçular emblemi öpür, iki gündən sonra isə gedirlər”

İspaniyanın “Barselona” klubunun əfsanəvi futbolçusu Xristo Stoiçkov klubun embleminə və sadiqliyə olan münasibəti barədə kəskin fikirlər səsləndirib.

İdman.Biz xəbər verir ki, veteran hücumçu emblemin ağırlığından danışıb.

“Əgər emblemi həqiqətən hiss edirsənsə, bunu deməlisən. İndi biz emblemi öpən oyunçuları görürük, iki gündən sonra isə onlar komandanı tərk edirlər. Bu emblemin böyük çəkisi var”, - deyə Stoiçkov bildirib.

Keçmiş futbolçu həmçinin Lionel Messini hələ 12 yaşından tanıdığını və onun istedadına heyran olduğunu söyləyib:

“Mən onun oyununu hələ 12 yaşı olanda bəyənmişdim. Karyeramı bitirdikdən sonra klubun gənclər komandası ilə vaxt keçirmək imkanım oldu və orada Messi, Boyan, Pedro, Puyol, Xavi, İnyesta, Pike və Viktor Valdes kimi ulduzların yetişməsinə şahidlik etdim. Messiyə pərəstiş edirəm, çünki o, futbol dünyasına böyük sevinc bəxş edib”.

İdman.Biz