“Şamaxı” Sezar Enrike ilə müqaviləni yeniləməyib

4 İyun 2026 11:42
91
“Şamaxı” Sezar Enrike ilə müqaviləni yeniləməyib

“Şamaxı” klubu braziliyalı futbolçusu Sezar Enrike ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Şamaxı” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, klub 25 yaşlı müdafiəçi ilə müddəti bitən müqaviləni yeniləməyib.

Qeyd edək ki, Sezar Enrike ötən yay “Şamaxı”ya Braziliyanın “Caxias” klubundan transfer olunmuşdu.

İdman.Biz