İPL: “Çelsi” son beş ildə ilk dəfə “Mançester Siti”yə qalib gəlməyə çalışacaq - İDMAN.BİZ-in İCMALI

11 Aprel 2026 14:23
138
İPL: “Çelsi” son beş ildə ilk dəfə “Mançester Siti”yə qalib gəlməyə çalışacaq - İDMAN.BİZ-in İCMALI

İngiltərə Premyer Liqasında(İPL) təxminən bir aylıq fasilədən sonra futbol matçları yenidən bərpa olunub.

İdman.Biz bu barədə xəbər verir ki, 32-ci turun oyunları 10 apreldə başlayıb, həmin gün “Vest Hem” “Vulverhempton”u 4:0 hesabı ilə məğlub edib, turun əsas oyunları isə 11–13 aprel tarixlərində keçiriləcək.

Turnir cədvəlinin yuxarı hissəsində vəziyyət kifayət qədər gərgindir: “Arsenal” 70 xalla liderdir, “Mançester Siti” 61 xalla ikinci pillədədir və bir oyun ehtiyatı var, ardınca “Mançester Yunayted” (55 xal), “Aston Villa” (54 xal), Liverpul (49 xal) və Çelsi gəlir (48 xal) gəlir.

Qeyd edək ki, İngiltərə artıq Çempionlar Liqasına əlavə, beşinci vəsiqəni təmin etdiyi üçün mübarizə təkcə çempionluq deyil, həm də ilk “beşlik” uğrundadır.

“Çelsi” - “Mançester Siti” (12 aprel)

“Mançester Siti” üçün bu oyun çempionluq yarışında xal itirməmək baxımından vacibdir, çünki Pep Qvardiolanın komandası “Arsenal”dan doqquz xal geri qalır, amma bir oyun ehtiyatı var. “Çelsi” üçün də qarşılaşma az önəmli deyil, çünki London klubu 6-cıdır və 5-ci yerdəki “Liverpul”dan cəmi 1 xal geri qalır.

Bu mövsüm komandalar artıq 4 yanvarda Mançesterdə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.

Ümumi tarixdə isə üstünlük çox cüzidir: komandalar 181 rəsmi oyun keçirib, “Çelsi” 71, “Siti” 67 qələbə qazanıb, 43 oyun isə heç-heçə bitib. Lakin “Stamford Bridge”də son illər üstünlük “Siti”dədir – son 5 Premyer Liqa oyunundan 4-də qalib gəlib.

“Çelsi”nin evdə son çempionat qələbəsi 2020-ci ilin iyununa təsadüf edir, ümumilikdə isə London klubunun “Siti”yə son qələbəsi 2021-ci ilin mayında, Çempionlar Liqasının finalında olub.

“Çelsi” oyuna ciddi heyət problemləri ilə çıxır: Enzo Fernández “Real Madrid” barədə açıqlamalarına görə üzr istəsə də, bu oyunu buraxacaq. Bundan başqa, Reece James və Trevoh Chalobah hazır deyil, Levi Colwill isə məşqlərə qayıtsa da, hələ hazır deyil.

“Mançester Siti” isə daha yaxşı formadadır: komanda Premyer Liqada 8 oyundur məğlub olmur və kubokda “Liverpul”u 4:0 hesabı ilə məğlub edib.

Qvardiola bildirib ki, komanda çempionluq şansını saxlamaq üçün qalan bütün oyunlarda qalib gəlməlidir. Heyətlə bağlı isə Ruben Dias hazır deyil, John Stones və Joško Gvardiol də tam hazır deyil.

32-ci turun digər oyunları:

10 aprel: “Vest Hem” – “Vulverhempton” 4:0

11 aprel: “Arsenal” – “Bornmut”, “Brentford” – “Everton”, “Bernli” – “Brayton”, “Liverpul” – “Fulhem”

12 aprel: “Kristal Pelas” – “Nyukasl”, “Nottingem Forest” – “Aston Villa”, “Sanderlend” – “Tottenhem”, “Çelsi” – “Mançester Siti”

13 aprel: “Mançester Yunayted” – “Lids”

Turnir cədvəli (32-ci turun əsas hissəsindən əvvəl):

“Arsenal” – 70

“Mançester Siti” – 61

“Mançester Yunayted” – 55

“Aston Villa” – 54

“Liverpul” – 49

“Çelsi” – 48

“Brentford” – 46

“Everton” – 46

“Fulhem” – 44

“Brayton” – 43

“Sanderlend” – 43

“Nyukasl” – 42

“Bornmut” – 42

“Kristal Pelas” – 39

“Lids” – 33

“Nottingem Forest” – 32

“Vest Hem” – 32

“Tottenhem” – 30

“Bernli” – 20

“Vulverhempton” – 17

İdman.Biz