Bu gün “Sabah” futbol klubu Misli Premyer Liqasının 27-ci turunda “Zirə” ilə keçiriləcək qarşılaşma öncəsi diqqətçəkən paylaşım edib.
İdman.Biz xəbər verir ki, klubun paylaşımında tərəflər arasında güc balansı şahmat lövhəsi üzərində simvolik şəkildə təsvir olunur və hansı komandanın daha üstün olduğu sual altına alınır.
Bunun ardınca Masazır təmsilçisi üstünlüyün şahmatla yox, futbol meydanında müəyyən ediləcəyini vurğulayır və əsas mübarizənin orada olacağına işarə edir.
“Zirə” klubu da bu çağırışa hazır olduğunu nümayiş etdirir.
Qeyd edək ki, “Sabah” - “Zirə” görüşü bu gün saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.
