Almaniya milli komandasının sabiq ulduz futbolçusu, hazırda futbol eksperti kimi çalışan Mixail Ballak "Bavariya"nın 18 yaşlı yarımmüdafiəçisi Lennart Karlın zədəsi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 18 yaşlı futbolçuda budun arxa hissəsində əzələ dartılması aşkarlanıb.
Ballak bildirib ki, bu tip zədələrdə sağalma müddətini dəqiq demək çətindir və proses fərdi olaraq dəyişir. O, oyunçunun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağını ehtimal edib.
