Mourinyo “Real”dan “Siti”nin müdafiəçisinin transferini tələb edir - Pereyro

3 İyun 2026 23:53
74
Mourinyo “Real”dan “Siti”nin müdafiəçisinin transferini tələb edir - Pereyro

“Real Madrid” “Mançester Siti”nin və Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiolun mümkün transferinə hazırlaşır.

İdman.Biz bu barədə ispaniyalı jurnalist Alberto Pereyroya istinadən bildirir.

Məlumata əsasən, tezliklə “Real Madrid”in baş məşqçisi olacaq Joze Mourinyo 24 yaşlı oyunçunun “Los Blancos”a keçməsini istədiyini bildirib.

Mourinyo klub prezidenti Florentino Peresə müdafiəni gücləndirmək niyyəti barədə məlumat verib. Peres məşqçinin xahişi ilə razılaşıb və Qvardiolu almaq üçün addımlar atacağına söz verib. Daha əvvəl “Barselona”nın da xorvatiyalı müdafiəçi ilə maraqlandığı barədə məlumatlar yayılmışdı.

Qvardiol bu mövsüm “Mançester Siti”də 25 oyunda meydana çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Qvardiolun bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz