Peres: “Real”ın böyük transferini açıqlayacağam”

3 İyun 2026 23:23
75
Peres: “Real”ın böyük transferini açıqlayacağam”

“Real Madrid”in prezidenti Florentino Peres cümə axşamı Madrid klubunun gələn mövsüm üçün böyük transferi elan edəcəyini açıqlayıb.

Keçən mövsüm “Real Madrid” İspaniya liqasında 86 xalla ikinci yeri tutmuşdu.

“Bu cümə axşamı “Real Madrid”in gələn mövsüm üçün ilk böyük transferini açıqlayacağam. Hər kəs mənim idman layihəmin nə olduğunu bilir: komandada ən yaxşı oyunçulara sahib olmaq və qələbə qazanmağa davam etmək", - deyə Peres bildirib.

Bir müddət əvvəl “Real Madrid” 7 iyun bazar günü prezident seçkilərinin keçiriləcəyini açıqlamışdı. Seçkilərdə iki namizəd mübarizə aparacaq: hazırkı prezident Florentino Peres və ispaniyalı iş adamı Enrike Rikelme.

İdman.Biz