“Bavariya” hücumçusu ilə bağlı qərar verdi

11 Aprel 2026 15:01
211
“Bavariya” hücumçusu ilə bağlı qərar verdi

Almaniyanın "Bavariya" klubu yay transfer pəncərəsində hücumçu Maykl Oliseni satmamaq barədə qərar verib.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, “Bavariya” oyunçunu komandada saxlamaq niyyətindədir və onun transferinə razılıq verməyəcək.

Futbolçuya "Real Madrid", "Barselona" və "Liverpul" kimi klubların marağına baxmayaraq, komandadan ayrılmaq istəmədiyi bildirilir.

Olise bu mövsüm bütün turnirlərdə 41 oyuna çıxaraq 16 qol vurub və 29 məhsuldar ötürmə edib.

İdman.Biz
Məqalədə: