Uğurcan Çakır dünyanın ən yaxşı 10 qapıçısı siyahısında

11 Aprel 2026 14:45
216
Uğurcan Çakır dünyanın ən yaxşı 10 qapıçısı siyahısında

Türkiyə futbol millisinin və "Qalatasaray" millisinin kapitanı Uğurcan Çakır dünyanın ən yaxşı 10 qapıçısı arasında yer alır.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hazırda İngiltərənin “Hal Siti” klubunda apıçı məşqçisi kimi çalışan Erbil Bozkurt bildirib ki, Uğurcan uzun illərdir eyni səviyyədə çıxış edir və yalnız oynadığı komandanın sistemi onun daha çox ön plana çıxmasına səbəb olub.

O, qolkiperin ayaqla oyunda və geridən top çıxarma bacarığının çox yüksək olduğunu vurğulayıb.

Bozkurt qeyd edib ki, Uğurcan hazırda dünyanın ən yaxşı 10 qapıçısı arasındadır və daha da inkişaf edəcəyinə inanır.

Mütəxəssis həmçinin Türkiyə millisində qapıçı mövqeyində ciddi problem olmadığını, bir neçə yüksək səviyyəli qolkiperin mövcud olduğunu bildirib.

İdman.Biz