Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun oyunu “Şamaxı” “Qarabağ” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 15:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək.
“Şamaxı” 31 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 55 xala malik “Qarabağ” isə ikincidir.
Misli Premyer Liqası
Dördüncü dövrə, 27-ci tur
11 aprel
15:30. “Şamaxı” - “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.
