“Bavariya”nın baş məşqçisi “Bavariya”nın baş məşqçisi Vinsent Kompani klubun aparıcı futbolçusu Harri Keyn barədə açıqlama verib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mütəxəssis bildirib ki, Keyn Çempionlar Liqasının 1/4 finalında "Real Madrid"ə qarşı keçirilən oyunda ciddi ağrılarla meydanda olub və icazə verilən həddi aşan fiziki çətinliklərə baxmayaraq çıxış edib.
Onun sözlərinə görə, futbolçu oyundan sonra heç bir mənfi reaksiya göstərməyib və vəziyyəti sabitdir.
Kompani cavab oyunu öncəsi heyətdə bir-iki dəyişiklik ola biləcəyini, lakin bunun mövsüm boyu tətbiq edilən rotasiya siyasətinin davamı olduğunu deyib.
Baş məşqçi qeyd edib ki, start heyəti ilə bağlı yekun qərarı hələ verməyib və düşünməyə davam edir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda “Bavariya” “Real Madrid” üzərində 2:1 hesablı qələbə qazanıb.
