Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turunda baş tutacaq “Sabah” - “Zirə” qarşılaşması xüsusi əhəmiyyət daşıyır.
İdman.Biz xəbər verir ki, bu görüş komandalar arasında çempionat tarixində 30-cu duel olacaq.
İndiyədək keçirilmiş 29 oyunun 12-də “Sabah”, 8-də isə “Zirə” qələbə qazanıb. Qalan 9 matç isə heç-heçə ilə yekunlaşıb.
“Qartallar” Premyer Liqada son beş görüşdə rəqibini məğlub edə bilməyib. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda son qələbəsini 2024-cü ilin avqustunda əldə edib - həmin oyunda 2 cavabsız qol vurulmuşdu. Ondan sonra tərəflər arasında keçirilən üç qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Cari mövsümdə isə üstünlük “Sabah”ın tərəfindədir - komanda iki oyunda 3:1 və 3:0 hesablı qələbələr əldə edib.
Qeyd edək ki, “Sabah” - “Zirə” matçı bu gün saat 18:00-da “Bank Respublika Arena”da oynanılacaq.
