“Real Madrid” azarkeşləri “Jirona” 1:1 hesablı matçdan sonra hakimlərə etiraz ediblər və İspaniya Futbol Fedrasiyasını korrupsiyaya bulaşmaqda ittiham ediblər.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, oyundan sonra Madrid təmsilçisinin tərəfdarları hakimlərə fit çalıb və “Federasiyada korrupsiya!” şüarları səsləndiriblər.
Etirazlar matçın sonlarında Kylian Mbappénin cərimə meydançasında üzünə zərbə epizodunda penalti verilməməsindən sonra daha da güclənib.
Baş hakim Xavyer Alberola Roxas həmin epizodda penalti qərarı verməyib və bu, müzakirələrə səbəb olub.
Qeyd edək ki, “Real” 31 turdan sonra 70 xalla ikinci pillədə qərarlaşıb, “Jirona” isə 38 xalla 12-ci yerdədir.
