“Arsenal” son dörd oyunun üçündə məğlub olub

11 Aprel 2026 18:48
145
“Arsenal” son dörd oyunun üçündə məğlub olub

Premyer Liqanın 32-ci turunda “Arsenal”ın “Bornmut”a 2:1 hesablı məğlubiyyəti “topçular”ın bütün turnirlərdə son dörd oyunda üçüncü məğlubiyyəti olub.

Mikel Artetanın komandası mövsümün ilk 49 oyununda da oxşar sayda məğlubiyyət almışdı.

İdman.Biz bu barədə “Opta Sports”a istinadən məlumat verir.

“Albalılar”a məğlub olmazdan əvvəl London klubu İngiltərə Kubokunda “Sauthempton”a (1:2) və Liqa Kubokunun finalında “Mançester Siti”yə (0:2) məğlub olmuşdu.

İngiltərə Premyer Liqasında 32 oyundan sonra “Arsenal” 70 xalla birinci yerdədir.

İdman.Biz