Türkiyə Superliqası: Çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” qələbə qazanıb - YENİLƏNİB + VİDEO

11 Aprel 2026 22:26
1 106
Türkiyə Superliqası: Çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” qələbə qazanıb

Türkiyə Superliqasında 29-cu turun daha bir qarşılaşması keçirilib.

“Keyserispor” “Fənərbağça”nı qəbul edib.

Matç 4:0 hesabı ilə İstanbul klubunun xeyrinə qurtarıb.

Qolları N'Qolo Kante (45+1), Anderson Talişka (60, 87), Dorjeles Nene (62) vurublar.

“Fənərbağça” bu oyundan sonra 66 xalla ikincidir və lider “Qalatasaray”dan 1 xal geri qalır. “Kayserispor” 23 xalla 16-cıdır.

20:28

Türkiyə Superliqasında 29-cu tur davam edir.

İdman.Biz bildirir ki, “Alanyaspor” “Trabzonspor”u qəbul edib.

Oyun heç-heçə qurtarıb - 1:1.

Hesabı qonaqlardan Ozan Tufan 58-ci dəqiqədə açıb. 67-ci dəqiqədə Güven Yalçın cavab topunu vurub.

Trabzon təmsilçisi 64 xalla ikinci yerdədir. Alanyalılar 33 xalla 10-cu yerdə qərarlaşıblar.

18:14

Türkiyə Superliqasında 29-cu turun bir oyunu keçirilib.

İdman.Biz bildirir ki, “İstanbul Başakşehir” “Gənclərbirliyi” ilə qarşılaşıb.

Oyun 3:0 hesabı ilə “Başakşehir”in xeyrinə qurtarıb.

Qolları Eldor Şomurodov (9, 40) və Bertuğ Yıldırım (42) vurublar.

Bu oyundan sonra “Başakşehir”in 47 xalı var, komanda 5-ci yerdədir. “Gənclərbirliyi” 25 xalla 15-ci yerdə qərarlaşıb.

İdman.Biz