İngiltərə Premyer Liqasının 32-ci turunun “Liverpul” və “Fulhem” komandaları arasında keçirilən oyunu başa çatıb. Mersisaydlılar 2:0 hesabı ilə qalib gəliblər. Oyun Liverpuldakı “Enfild” stadionunda baş tutub.
36-cı dəqiqədə Rio Nqumoa mersisaydlıları hesabda irəli çıxarıb. 40-cı dəqiqədə Məhəmməd Salah fərqi ikiqat artırıb.
Bu oyundan sonra “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 52 xalla beşinci, “Fulhem” isə 44 xalla 11-ci yerdədir.
20:15
İngiltərə Premyer Liqasında 32-ci tur davam edir.
İdman.Biz bildirir ki, “Brentford” öz meydançasında “Everton”u qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb.
Qolları “Brenford”dan İqor Tyaqo (3, 76), “Everton”dan Betu (26), Kirnan Dyusberi-Holl (90+1) vuriblar.
Paralel keçirilən oyunda “Börnli” “Brayton”a məğlub olub – 0:2.
17:36
İngiltərə Premyer Liqasının 32-ci turunda “Arsenal” ilə “Bornmut” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bu barədə xəbər verir ki, Londondakı “Emirates” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 17-ci dəqiqədə “Bornmut”un hücumçusu Eli Kroupi açıb, 35-ci dəqiqədə isə Viktor Dyokeres penaltidən fərqlənərək tarazlığı bərpa edib.
74-cü dəqiqədə Aleks Skott qonaqları yenidən hesabda önə çıxarıb və bu qol matçın taleyini həll edib. Hazırda “Arsenal” 70 xalla turnir cədvəlinin lideridir, “Bornmut” isə 45 xalla 9-cu pilləyə yüksəlib.
