Lionel Messiyə bənzəyən kişi Özbekistanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, sosial mediada yayılan görüntülərdə yaşlı görkəmli bir kişinin dünya futbol ulduzuna çox bənzədiyi görünür.
Həmin şəxsin ən çox diqqət çəkən tərəfi isə ənənəvi özbək çapanı və dördkünc papaqda görünməsi olub.
İzləyicilər bu görüntüləri maraqla qarşılayaraq onun Messinin yaşlı versiyasına bənzədiyini yazıblar.
