PSJ həm ölkə çempionluğu, həm də UEFA Çempionlar Liqasının hazırkı qalibi olaraq baş məşqçi Luis Enrike ilə müqaviləni uzatmağa yaxındır.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Paris klubu 2023-cü ildən komandanı çalışdıran ispan mütəxəssislə 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə üzrə razılıq əldə edib.
Enrike qısa müddət ərzində komandanı UEFA Çempionlar Liqasında qələbəyə aparıb və bu nəticə klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Yeni müqavilənin onun Avropada ən yüksək maaş alan məşqçilərdən birinə çevriləcəyi gözlənilir.
Cari mövsümdə PSJ Çempionlar Liqasında yüksək nəticələr göstərir və Enrikenin qələbə faizi 64 faiz təşkil edir.
O, turnir tarixində ən azı 50 oyun keçirmiş məşqçilər arasında ən yaxşı göstəricilərdən birinə sahibdir - 75 oyunda 48 qələbə.
