Deku: “Müdafiədəki problemlər bir futbolçu ilə bağlı deyil”

11 Aprel 2026 13:41
245
Deku: “Müdafiədəki problemlər bir futbolçu ilə bağlı deyil”

"Barselona"nın idman direktoru və sabiq futbolçusu Deku klubun müdafiədəki problemləri ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bizdə olan müdafiə problemləri bir futbolçu ilə bağlı deyil, bu, ideya məsələsidir. Məşqçimiz pressinqə əsaslanan ultra-hücum futboluna üstünlük verir. Pressinq zəifləyəndə isə biz o qədər də effektiv olmuruq. Arxada boşluqlar buraxırıq, lakin komanda bu baxımdan ciddi irəliləyiş əldə edib”, – deyə o bildirib.

Qeyd edək ki, “Barselona” İspaniya La Liqasının turnir cədvəlinə 30 oyunda topladığı 76 xalla başçılıq edir.

Kataloniya klubu ikinci pillədə qərarlaşan "Real Madrid"i altı xal qabaqlayır və eyni zamanda bir oyun az keçirib.

İdman.Biz
Məqalədə: