“Liverpul” Salahın yerinə namizəd tapıb

10 Aprel 2026 16:47
165
“Liverpul” Salahın yerinə namizəd tapıb

Mövsümün sonunda Məhəmməd Salahın gedişinə hazırlaşan İngiltərənin “Liverpul” futbol komandası hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir. İngiltərə təmsilçisi Salahın uzunmüddətli əvəzləyicisi kimi “Hoffenhaym”ın istedadlı futbolçusu Bazuman Tureni hədəfə alıb.

İdman.Biz “Bild” nəşrinə istinadla xəbər verir ki, mersisaydlı skautlar martın 31-də Şotlandiya və Kot-d’İvuar yığmaları arasında keçirilən yoldaşlıq görüşünü tribunadan izləyiblər. Almaniya klubunun şərəfini qoruyan 19 yaşlı vinger həmin qarşılaşmada 90 dəqiqə meydanda olub və skautların diqqətini çəkməyi bacarıb.

“Liverpul” rəhbərliyi Tureni Salahın boşluğunu doldura biləcək potensiallı oyunçu hesab edir. Gənc vinger bu mövsüm Bundesliqada göstərdiyi sürətli və texniki oyunla Avropanın bir neçə nəhəng klubunun da maraq dairəsinə düşüb.

İdman.Biz