Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO

5 İyun 2026 10:14
502
Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO

Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionatındakı qələbə münasibətilə təbrik edib.

İdman.Biz xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram. Yaşasın Azərbaycan!”

Qeyd edək ki, dünən Bratislavada (Slovakiya) minifutbol üzrə Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu olub, finalda Ukrayna komandasına 2:0 hesabı ilə qalib gəlib. Elşad Quliyevin yetirmələri ilk Avropa çempionluğu titulunu 2022-ci ildə qazanıblar. Ötən il Azərbaycan millisi tarixində ilk dəfə Bakıda keçirilən dünya çempionatının “qızıl” medalına sahib olub.

İdman.Biz