Azərbaycan millisi üçün liderlik oyunu: Hədəf Macarıstandır - VİDEO

5 İyun 2026 09:41
112
Azərbaycan millisi üçün liderlik oyunu: Hədəf Macarıstandır

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda C Liqasının üçüncü qrupunda Macarıstan yığmasını qəbul edəcək.

Qarşılaşma Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək və saat 18:00-da start götürəcək.

Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi əvvəlki oyunlarda Andorra üzərində iki qələbə qazanıb, Şimali Makedoniyanı məğlub edib. Yığmamızın qrupda yeganə məğlubiyyəti isə məhz Macarıstana qarşı səfər matçında qeydə alınıb.

Hazırda qrupda iddiasını davam etdirən Azərbaycan millisi doğma meydanda qazanacağı uğurlu nəticə ilə liderlik uğrunda mübarizədə mövqeyini daha da gücləndirməyə çalışacaq.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti görüşünü iyunun 9-da Şimali Makedoniyaya qarşı keçirəcək.

İdman.Biz