Cənubi Afrika Futbol Assosiasiyasının (SAFA) İcraiyyə Komitəsi Pitso Mosimaneni Cənubi Afrika millisinin baş məşqçisi vəzifəsinə təsdiqləyib.
İdman.Biz-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Mosimane 2021-ci ildən bəri komandaya rəhbərlik edən belçikalı məşqçi Uqo Brosu əvəz edəcək.
"İcraiyyə Komitəsi Pitsonun baş məşqçi təyinatını təsdiqləyib, lakin hələ də bəzi detalları dəqiqləşdirməliyik. Məşqçinin təyinatı ilə bağlı rəsmi açıqlamanı gələn həftə verəcəyik", - deyə SAFA prezidenti Denni Cordan bildirib.
2026-cı il Dünya Kubokunda Brosun rəhbərliyi altında Cənubi Afrika tarixində ilk dəfə pley-off mərhələsinə yüksəldi və 1/16 finalda Kanadaya 1:0 hesabı ilə məğlub oldu. 74 yaşında Bros Dünya Kubokunun pley-off mərhələsi tarixində ən yaşlı məşqçi oldu. O, turnirdən sonra istefa verdi.
Motsimane əvvəllər 2010-cu ildən 2012-ci ilə qədər Cənubi Afrika milli komandasını çalışdırıb və son iş yeri 2025-ci ildə ayrıldığı İranın "Esteqlal" klubu olub.
