“Karvan-Yevlax” iki legioneri ilə vidalaşıb - YENİLƏNİB

5 İyun 2026 11:27
108
“Karvan-Yevlax” iki legioneri ilə vidalaşıb - YENİLƏNİB

“Karvan-Yevlax” daha bir legioneri ilə yolları ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, Yevlax təmsilçisi Coy Sleyd Mikelslə başa çatan müqavilənin müddətini yeniləməyib.

Qeyd edək ki, Ruandalı 30 yaşlı futbolçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə bölgə komandasının heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub.

Xatırladaq ki, Yevlax təmsilçisi daha əvvəl yarımmüdafiəçi Qavi Tompsonla da yollarını ayırmışdı.

11:12

Mövsümün sonunda Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax” daha bir futbolçu ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, Qavi Tompsonun müqaviləsinin müddəti başa çatıb.

26 yaşlı nigeriyalı yarımmüdafiəçi başa çatan mövsümdə Yevlax təmsilçisinin heyətində 33 oyuna çıxıb və rəqib qapılarından iki top keçirib.

Qeyd edək ki, “Karvan-Yevlax” ötən gün Kayl Spens və Pedro Mateuşlə vidalaşıb.

İdman.Biz