“Arsenal” futbolçularının istifadə etdiyi corablar eşşəklərə verildi - VİDEO

5 İyun 2026 13:05
137
“Arsenal” futbolçularının istifadə etdiyi corablar eşşəklərə verildi - VİDEO

Futbol üzrə son mövsümün İngiltərə çempionu olan “Arsenal” klubu maraqlı xeyriyyə aksiyası həyata keçirib.

İdman.Biz “The Sun” nəşrinə istinadən xəbər verir ki, “topçular” istifadə olunmuş 40 cüt futbolçu corabını Böyük Britaniyada at, poni, eşşək və qatırların xilas edilməsi ilə məşğul olan “Redwings Horse Sanctuary” sığınacağına bağışlayıb.

Hədiyyə komandanın çempionluğundan qısa müddət sonra sığınacağa çatdırılıb.

Təşkilatın əməkdaşlarından birinin verdiyi məlumata görə, qetrlər (futbol corabları) heyvanların ayaqlarını həşəratlardan və müxtəlif infeksiyalardan qoruyur. Bundan əlavə, onlar əməliyyatlardan sonra sarğı kimi istifadə olunur və qırxım zamanı tüklərin saxlanmasına kömək edir.

Beləliklə, futbolçuların artıq istifadə etmədiyi avadanlıqlar heyvanların baxımı üçün faydalı vasitəyə çevrilib.

İdman.Biz
Məqalədə: