“Qızıl top”un fikirləri alt-üst edən yeni qaydaları açıqlandı - VİDEO

10 Aprel 2026 15:57
170
“Qızıl top”un fikirləri alt-üst edən yeni qaydaları açıqlandı - VİDEO

Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan “Qızıl top”un (“Ballon d'Or”) 2026-cı il üçün qalibini müəyyənləşdirəcək əsas şərtlər məlum olub. Səsvermə zamanı ekspertlər futbolçunun yalnız statistikasını deyil, həm də oyunun taleyinə təsirini ön plana çıxaracaqlar.

İdman.Biz mükafatın taleyini həll edəcək dörd əsas meyarı təqdim ediblər.

1. Komanda uğurları və qazanılan kuboklar

Futbolçunun həm klubu, həm də milli komandası ilə qazandığı titullar həlledici rol oynayacaq. Çempionlar Liqası, daxili çempionat və xüsusilə qarşıdan gələn DÇ-2026-dakı zəfər namizədin şanslarını kəskin şəkildə artıracaq. Titulsuz oyunçuların qalib gəlmə ehtimalı minimuma enəcək.

2. Fərdi səviyyə və oyuna ümumi təsir

Yalnız qollar və məhsuldar ötürmələr kifayət etməyəcək. Futbolçunun sahədə fərq yarada bilməsi, komanda yoldaşlarına təsiri və oyunun gedişatını dəyişmə qabiliyyəti xüsusi nəzərə alınacaq.

3. Peşəkarlıq və “feyr-pley”

Dəyərləndirmə zamanı oyunçunun həm meydanda, həm də ondan kənarda davranışı, rəqibə hörməti və intizamı da nəzərə alınacaq. Skandallardan uzaq olmaq və nümunəvi peşəkarlıq səsvermədə əlavə üstünlük yarada bilər.

4. Böyük oyunlardakı performans

Ən vacib meyarlardan biri futbolçunun məhz gərgin və taleyüklü matçlarda (top-rəqiblərə qarşı) necə çıxış etməsidir. Orta səviyyəli komandalarla görüşlərdə toplanan statistika deyil, maksimal təzyiq altında liderlik keyfiyyətləri və məsuliyyəti üzərinə götürmə bacarığı qiymətləndiriləcək.

İdman.Biz