Alessandro Bastoni İspaniyanın “Barselona” klubuna transfer olmaq təklifini rədd edib.
İdman.Biz xəbər verir ki, italiyalı müdafiəçi hazırda “İnter”də qalmaq və komandada daha bir mövsüm keçirmək istəyir.
Bastoni cari mövsümdə bütün turnirlərdə 36 oyunda iştirak edib, iki qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub və futbolçunun bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.
Beləliklə, müdafiəçi karyerasını hələlik “İnter”də davam etdirməyi seçərək “Barselona”nın təklifini qəbul etməyib.
