Basketbol Liqası: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşib - YENİLƏNİB

7 Aprel 2026 21:03
952
Basketbol Liqası: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn sonuncu komanda müəyyənləşib.

İdman.Biz xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində “Sumqayıt” NTD-ni qəbul edib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ilk görüşdə də NTD rəqibini üstələmişdi - 121:107. Bu nəticədən sonra komanda növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Beləlikə, pley-off raundunda “Sabah” – “Naxçıvan”, “Abşeron Lions” – “Şəki”, “Neftçi” - NTD və “Ordu” – “Gəncə” matçları keçiriləcək.

16:41

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.

İdman.Biz xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində “Lənkəran” “Gəncə”ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk görüşdə də “Gəncə” rəqibini üstələmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Günün digər görüşündə isə “Sumqayıt” öz meydanında NTD-ni sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 19:00-da başlayacaq. Bu cütün ilk matçında paytaxt təmsilçisi rəqibini 121:107 hesabı ilə məğlub edib.

Qeyd edək ki, daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

09:55

Bu gün Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün ilk matçında “Lənkəran” doğma azarkeşləri önündə “Gəncə” ilə üz-üzə gələcək.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək. Komandaların ilk duelində “Gəncə” inamlı oyun nümayiş etdirərək 91:55 hesablı qələbə qazanıb.

İdman.Biz