Bu gün futbol üzrə Misli Premyer Liqasının 26-cı turunun oyunu “Qarabağ” “Karvan-Yevlax” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 19:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.
“Qarabağ” 52 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 8 xala malik “Karvan-Yevlax” isə on ikincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 26-cı tur
6 aprel
19:00. “Qarabağ” - “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Emin Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün “Qəbələ” səfərdə “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1) məğlub edib.
