Bu gün futbol üzrə Misli Premyer Liqasının 26-cu turunun ikinci oyununda “Sumqayıt” və “Neftçi”ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq Kamal Umudlu idarə edəcək.
“Sumqayıt” 32 xalla turnir cədvəlində yeddincidir. 37 xala malik “Neftçi” isə rəqibindən bir pillə öndədir. "Ağ-qaralar"a beşinci pilləyə yüksəlmək üçün mütləq qələbə lazımdır.
Misli Premyer Liqası
Üçüncü Dövrə, 26-ci tur
5 aprel
18:00. “Sumqayıt” - “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
