Mini-futbolda ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı - FOTO

5 Aprel 2026 15:45
337
Mini-futbolda ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı - FOTO

Mini-futbol üzrə ölkə çempionatında mart ayının ən yaxşı qolunun müəllifi bəlli olub.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” komandasının üzvü İlkin Vəlizadə vurduğu möhtəşəm qolla bu ada layiq görülüb və federasiya tərəfindən mükafatlandırılıb.

Mükafatlandırma mərasimi çərçivəsində təkcə idmançılar deyil, azarkeşlər də diqqət mərkəzində olub. Belə ki, ölkə çempionatının final matçı ilə bağlı keçirilən müsabiqənin qalibləri də öz hədiyyələrinə qovuşublar.

İdman.Biz