Kloppdan səmimi etiraf: “Mən heç vaxt özümü…”

5 Aprel 2026 15:18
288
Kloppdan səmimi etiraf: “Mən heç vaxt özümü…”

“Borussiya” Dortmund və “Liverpul” futbol komandalarının sabiq baş məşqçisi Yurgen Klopp karyerası barədə səmimi fikirlərini bölüşüb.

İdman.Biz “TV2” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis məşqçilik fəaliyyəti dövründə özünü heç vaxt görkəmli ustad hesab etmədiyini etiraf edib.

“Məşqçi olduğum müddətdə özümü heç vaxt dahi mütəxəssis saymamışam. Hər gün o qədər işim, beynimdə o qədər sual olurdu ki, bəzən nə edəcəyimi belə bilmirdim”, - deyə Klopp qeyd edib.

O, həmçinin Xosep Qvardiola ilə müqayisə olunmasına da toxunub:

“Əgər insanlar bizim rəqabətimizdən danışırdılarsa və mən onu dünyanın ən yaxşı məşqçisi hesab edirəmsə, deməli, mən də kifayət qədər yaxşı olmuşam. Bunu anlayırdım, lakin sonadək dərk etmirdim”.

Klopp əlavə edib ki, yalnız karyerasını bitirdikdən sonra öz işinə fərqli gözlə baxa bilib:

“Mən artıq məşqçi deyiləm və indi başa düşürəm ki, sən demə, mən həqiqətən də yaxşı imişəm”.

Xatırladaq ki, Klopp 2015-2024-cü illərdə “Liverpul”a rəhbərlik edib və bu müddət ərzində komanda ilə həm Çempionlar Liqasının, həm də Premyer Liqanın qalibi olub.

İdman.Biz