Azərbaycanda daha bir yaş qrupu üzrə milli komandanın yaradılması planlaşdırılır.
İdman.Biz xəbər verir ki, AFFA-da U-14 yığmasının formalaşdırılması məsələsinə baxılır. Bu komanda artıq yaradılmış U-20 yığmasından sonra növbəti pillə olacaq.
Yeni komandanın U-15 və U-16 yığmaları üçün baza rolunu oynayacağını yazan sportinfo.az bunun həm də oyunçuların hazırlanmasına xidmət edəcəyini qeyd edir. Heyətə 12-14 yaşlı perspektivli futbolçuların cəlb edilməsi nəzərdə tutulur. Planlara əsasən, komanda ildə azı beş-altı dəfə bir yerə toplanacaq və müxtəlif beynəlxalq turnirlərdə iştirak edəcək.
