İspaniyanın “Atletiko Madrid” futbol komandasının norveçli hücumçusu Aleksander Sörlot karyerasını İtaliyada davam etdirməyə yaxındır.
İdman.Biz “Football Italia”ya istinadən xəbər verir ki, “Yuventus” 30 yaşlı forvardla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər arasında ilkin anlaşmanın dörd illik müqavilə və illik dörd milyon avro (səkkiz milyon AZN) maaş üzərində qurulduğu bildirilir.
“Yuventus”un forvard transferində fəallaşması Duşan Vlahoviçin yayda komandadan ayrılmaq ehtimalı ilə əlaqələndirilir.
“Atletiko Madrid”in də norveçli futbolçunun satışı ilə bağlı danışıqlara açıq olduğu qeyd olunur. Madrid klubunun təxminən 30 milyon avroluq (60 milyon AZN) təklif qarşılığında Sörlotun keçidinə razılıq verə biləcəyi iddia edilir.
