İtaliyanın “Milan” futbol klubu yeni idman direktoru və baş məşqçi təyinatları ilə bağlı qərarını hələ yekunlaşdırmayıb.
İdman.Biz “La Gazzetta”ya istinadən xəbər verir ki, klub rəhbərliyi tələskən addım atmamaq üçün daxili müzakirələri davam etdirir. Cerri Kardinalenin rəhbərlik etdiyi idarəetmə heyəti həm yeni mövsümə, həm də uzunmüddətli layihəyə təsir edəcək qərarlarda daha ölçülü davranmağa çalışır.
Baş məşqçi postuna əsas namizədlərdən biri Ralf Ranqnikdir. Avstriyalı mütəxəssis “Milan”a gəlməyə açıqdır, lakin idman strategiyası, skaut sistemi və heyətin qurulması ilə bağlı geniş səlahiyyətlər istəyir. Onun klubdan yaxın günlərdə yekun cavab gözlədiyi bildirilir.

Digər ciddi namizəd Oliver Qlasnerdir. Avstriyalı məşqçi klub rəhbərliyi ilə danışıqlarda müsbət təsir bağışlayıb. Onun “Milan”ın hazırkı heyətini analiz etdiyi və komanda ilə bağlı taktiki baxışlarını təqdim etdiyi qeyd olunur.
Ramon Planes də struktur yenilənməsi çərçivəsində idman direktoru vəzifəsi üçün alternativlərdən biri kimi göstərilir. Maurisio Poçettinonun adı da müzakirə olunan namizədlər arasındadır, lakin onun beynəlxalq səviyyədəki fəaliyyəti danışıqları çətinləşdirir.
